Qadınların böyrəkləri daha çox ağrıyır - Nefroloq

  • 2022.11.07 14:32
  • 907 Baxış
Qadınların böyrəkləri daha çox ağrıyır  - Nefroloq

Böyrəklər ifrazat sistemində vacib rolu olan bir orqandır. Böyrəklər ASİT-BAZ tarazlığını qoruyur və qan təzyiqinin səviyyəsinin nizamlamasını təmin edirlər. Ən əsas funksiyası faydalı maddələri alıb, lazımsız maddələri sidik yolları ilə ifraz etməkdir.

"Medicina" xəbər verir ki, nefroloq Barat Yusubov bu barədə danışıb.


"İlk növbədə zərərli qida, orqanizmdəki infeksiyalar, xəstəliklər böyrəklərin sağlamlığına təsir edən faktorlardır. Bu səbəblərdən bəzən böyrəklərdə kəskin və dözülməz ağrılar baş verir: "Qadınlar kişilərə nisbətdə daha çox bu ağrılara məruz qalır. Bu ağrıların bəziləri keçici olur, bəzi hallarda isə mütləq həkim müdaxiləsi tələb etdirir".

B.Yusubov qeyd edib ki, şiddətli böyrək ağrılarında laqeydlik edilməməli və təcili həkimə müraciət edib müalicəyə başlanılmalıdır.