"Qalatasaray"ın vitse-prezidenti və həyat yoldaşı koronavirusa yoluxdu

  • 2020.03.23 08:39
  • 1460 Baxış
"Qalatasaray"ın vitse-prezidenti və həyat yoldaşı   koronavirusa yoluxdu
"Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak koronavirus pandemiyasına yoluxub.

Medicina.az xəbər verir ki, klub rəsmisi artıq karantinə alınıb.

Albayrakın ilk testinin cavabı mənfi olsa da, ikinci test müsbət çıxıb. Onunla yanaşı, həyat yoldaşı Şükran Albayrakın da eyni virusa yoluxduğu açıqlanıb. Cütlük artıq karantində, həkim nəzarətindədir.


Qeyd edək ki, indiyə qədər Türkiyədə ümumilikdə 1236 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 30-u ölüb.

apasport