Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar

  • 2026.07.28 08:34
  • 306 Baxış
Qalxanabənzər vəzin xəstəlikləri –  Ən çox rast gəlinən simptomlar

Qalxanabənzər vəzi boynun ön hissəsində yerləşən kiçik bir vəzdir və orqanizmin maddələr mübadiləsini, ürək ritmini, bədən temperaturunu və enerji səviyyəsini tənzimləyən hormonlar ifraz edir.

Medicina.az ən çox rast gəlinən xəstəlikləri təqdim edir:

Hipotireoz – qalxanabənzər vəzin az hormon ifraz etməsi.

Hipertireoz – qalxanabənzər vəzin həddindən artıq hormon ifraz etməsi.

Düyünlü zob – vəzdə düyünlərin əmələ gəlməsi.

Haşimoto tireoiditi – autoimmun mənşəli xroniki iltihab.


Hipotireozun əlamətləri:

Daimi yorğunluq

Üşümə hissi

Çəki artımı

Dərinin quruması

Saç tökülməsi

Qəbizlik

Yaddaş və diqqətin zəifləməsi


Hipertireozun əlamətləri:

Ürəkdöyünmə

Əllərdə titrəmə

Çəki itkisi

İstiyə dözümsüzlük

Həddindən artıq tərləmə

Əsəbilik və yuxusuzluq


Diaqnoz necə qoyulur?

Qanda TSH, sərbəst T4 (və lazım gəldikdə T3) analizləri.

Qalxanabənzər vəzin ultrasəs müayinəsi.

Bəzi hallarda əlavə hormon və ya anticisim analizləri.


Nə vaxt həkimə müraciət etmək lazımdır?

Boyunda şişlik hiss edirsinizsə, uzun müddət davam edən yorğunluq, səbəbsiz çəki dəyişiklikləri, ürəkdöyünmə və ya yuxarıdakı əlamətlərdən bir neçəsi varsa, endokrinoloqa müraciət etmək tövsiyə olunur. Erkən diaqnoz və düzgün müalicə xəstəliyin fəsadlarının qarşısını almağa kömək edir.

Aygün
Medicina.az