Qalxanvari vəz xərçənginin 2 qeyri-adi əlaməti

  • 2023.06.05 17:11
  • 1824 Baxış
Qalxanvari vəz xərçənginin  2 qeyri-adi əlaməti
Qalxanabənzər vəz boyunda, nəfəs borusunun altında yerləşən kiçik bir vəzdir. Onun əsas vəzifələrindən biri bədənin maddələr mübadiləsini, yəni qidanın enerjiyə çevrilməsi prosesini tənzimləməyə kömək edən hormonlar yaratmaqdır.


“Medicina” xəbər verir ki, bu vəzidə şişlər zamanı xəstəliyin ən çox görülən simptomları boyun və boğaza təsir edir. Məsələn, yumru şiş hissi və ya udmaqda çətinlik çəkmək.


Bəzi hallarda, tiroid xərçəngi bədənin digər hissələrində "qeyri-adi" simptomlara səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, xəstəliyin daha az yayılmış iki xəbərdaredici əlaməti var. Bu, medullar adlanan xərçəng növündə olur.

Medullar tiroid xərçəngi olan xəstələrdə xərçəng hüceyrələri tərəfindən istehsal olunan kalsitonin hormonu artır.
Nəticədə ishal və üzdə qızarmış sahələr, qırmızı üz əmələ gəlir.


Tiroid xərçənginin digər daha az görülən simptomları öskürək və kilo itkisidir. Bu simptomların olması mütləq tiroid xərçəngi olduğunuz demək deyil.


Xərçənglə qalxanavari vəzinin ümümi əlamətləri boğaz və boyunda olur.

Eləcə də aşağıdakı əlamətlərdir;

• Boyunun aşağı hissəsində şişkinlik
• Boğuq səs
• Boğaz ağrısı
• Udmaq və ya nəfəs almaqda çətinlik
• Boynun ön hissəsində ağrı və ya basqı hissi

Günay Quluzadə