Qan damarlarını qoruyan qidalar

  • 2024.07.09 19:11
  • 568 Baxış
Qan damarlarını qoruyan qidalar
Bu gün bir çox insan çörəyi və ümumiyyətlə karbohidrat mənbələrini sağlam qida hesab etmir, onları pəhrizindən çıxarmağa çalışır. Bununla belə, həkimlər ürək-damar sisteminin işləməsi üçün bir sıra dənli bitkilərə və tam taxıl çörəyinə ehtiyacımız olduğunu bildirirlər

Ekspertlər bildirirlər ki, orqanizm B vitaminlərini və lifi əsasən bu qidalardan alır.

Qəhvəyi düyü, qarabaşaq yarması xüsusilə faydalıdır. Onlar "pis" xolesterolu bədəndən çıxarır. Buraya tərəvəzlər də daxildir.

Professor Nana Poqosova bildirib ki, lif mənbələri doymuş yağları süngər kimi udur. Beləliklə, qan axınına mane olan, qan damarlarını tıxayan və infarkta səbəb olan bu “təxribatçılar” pəhriz lifi ilə zəngin qidalar sayəsində bədəni tərk edirlər.

Həkimlər vurğulayırlar ki, ürəyi və qan damarlarını qorumaq üçün hər gün beş porsiya tərəvəz və meyvə yemək tövsiyə olunur. Bu, ümumilikdə 500 qram qidaya bərabərdir.

"Məsələn, bir alma, bir bolqar bibəri və iki pomidor çiy halda yeyildikdə orqanizmin bu tələbi qarşılanır”, - deyə dietoloqlar qeyd edirlər.

Bədəndə kifayət qədər lif yoxdursa, bağırsaqlar fasilələrlə işləyir - onun məzmunu heç bir yerə hərəkət etmir və qana sorulmağa başlayır.

Həmçinin qeyd olunur ki, yağsız ət yemək daha yaxşıdır, lakin yağlı balıqllara üstünlük vermək lazımdır. Onlar qan damarları üçün daha faydalıdır. Buraya qızılbalıq, siyənək və skumbriyanı aid etmək olar. Aterosklerozun qarşısını almaq üçün həftədə ən azı 1-2 dəfə balıq yemək məsləhətdir.

Qan damarları üçün ən zərərli məhsullar arasında isə şəkər, trans yağlar və həddindən artıq duz var.


Aysel