Qan laxtalanması belə siqnal verir - 8 erkən ƏLAMƏTLƏRİ

  • 2021.06.17 11:27
  • 115067 Baxış
Qan laxtalanması belə siqnal verir -  8 erkən ƏLAMƏTLƏRİ
Orqanizmdə meydana gələn qan laxtalanması səbəbindən hər il yüzlərlə insan həyatını itirir. Xüsusən də son illərdə bu say daha da artıb. Bunun səbəbi isə ya heç fərqində olmamaları, ya da geç bilmələridir. Qan laxtalanması daha çox infarkt və ürək çatışmazlığına səbəb olur.

Bəs qan laxtalanmasının əsas əlamətləri nələrdir?

Medicina.az bunun 8 əlamətini təqdim edir:

AYAQDA ŞİŞKİNLİK

Qan laxtalanmasının ən çox rastlanıldığı yer ayaqlardır. Ayaqda yaranan laxtalanma səbəbi ilə qan normal axmaz. Şişkinliklə yanaşı ayaqda qırmızılıq da ola bilər.

AYAQDA AĞRI VƏ YA HƏSSASLIQ

Dərin vena trombunun bu əlaməti yenə ayaqda və baldırda özünü göstərir. Ayağınıza toxunduğunuz zaman bu acını hiss edə bilərsiniz.



DAMARLARA PARALEL QIRMIZI ÇİZGİLƏR

Damarlarınıza paralel şəkildə qırmızı çizgilər görürsünüzsə bu da bir əlamətdir.

SİNƏ AĞRISI

Akciğərinizdə laxtalanma varsa, dərhal həkimə getmək lazımdır. Bunun əlaməti sinənizə sanki iynə batırırlarmış kimi bir hissin olmasıdır. Həmçinin sinə və kürəkdə kəskin ağrı hiss edə bilərsiniz.

NƏFƏS ALMAQDA ÇƏTİNLİK

Nəfəs almaqda çətinlik çəkirsinizsə bunu diqqətə alın. Ürək döyüntüləriniz artıbsa, soyuq tərləyirsinizsə, başınız fırlanır və özünüzü itirirsinizsə, ağciyər laxtalanması ola bilər. Bütün bu əlamətləri diqqətə alın və həkimə gedin.



QURU ÖKSKÜRƏK

Xəstə deyil və quru öskürürsünüzsə bu ağciyərinizdə laxtalanma var deməkdir. Ürək döyüntüsünün artması, sinədə ağrı və nəfəs almaqda çətinlik çəkmək ən çox rastlanılan əlamətlərindəndir. Nadirən olsa da qanlı bəlğəm də gələ bilər.

QUSMA VƏ İSHAL

Bağırsaqlarınızda laxtalanma varsa, qarnınızda kəskin bir ağrı hiss edərsiniz. Baş ağrısı, qusma və qanlı ishal ən çox rastlanılan əlamətlərdəndir.

ŞİDDƏTLİ BAŞ AĞRISI

Beyində yaranan qan laxtalanması iflicə yol açar. Baş ağrısı isə beyinə yetərincə oksigen getməməsindən qaynaqlanır. Danışıqda və görməkdə çətinlik çəkə bilərsiniz.