Qan qrupları uyğun olmadan ağciyər nəqli olundu - Tibdə ilk

  • 2022.04.14 14:37
  • 3289 Baxış
Qan qrupları uyğun olmadan ağciyər nəqli olundu    - Tibdə ilk


Dünya tibb tarixində ilk dəfə qan uyğunluğu olmadan ağciyər nəqli edilib.

Bakupost.az xəbər verir ki, Yaponiyanın Kyoto Universitet Xəstəxanasının mütəxəssisləri bir-birinə uyğun olmayan qan qrupundakı donordan ağciyər transplantasiyası həyata keçirib.

Mütəxəssislər, B qan qrupundakı ata və 0 qan qrupuna aid anadan götürülən ağciyər hissələrini 0 qan qrupuna aid olan 10 yaşlı xəstəyə uğurla köçürüblər.

Qan xərçəngi müalicəsi almış xəstənin bronxiti inkişaf etdiyindən həkimlər transplantasiya qərarı alıb.

Əməliyyatdan sonra xəstə tamamlayıcı müalicə alaraq yeriyə biləcək vəziyyətə gəlib və nəfəs aparatına ehtiyacı aradan qalxıb.
10 yaşlı xəstənin bazar ertəsi evə buraxıldığı bildirilib.


Aynur
BakuPost
Qan qrupları uyğun olmadan ağciyər nəqli olundu    - Tibdə ilk