Qan qrupun hansı xəstəlikləri “sevir”?

  • 2024.05.30 21:22
  • 898 Baxış
Qan qrupun hansı xəstəlikləri    “sevir”?

Qan qrupunuz sizin xarakteriniz və genləriniz yox, hətta xəstəliklərinizi müəyyən edə bilər.


“Medicina” hansı qan qrupunda hansı xəstəliyin çox rast gəlinməsini araşdırıb.


Qan qrupu – sənin genlərində hansı antigen zülalların olmasını təyin edir. Bu zülallar qırmızı qan hüceyrələrindədir.

Antigenlər immun sistemi işə salır və virus bakteriyaları tanıyıb məhv edir.
Yəni qanınız həm də antigen və antiellər dəstəsidir.

4 kombinasiya qan qrupu var:

0 – I
A – II
B-III
AB _IV


I qrup qanda digərlərinə nisbətdə ürək-damar xəstəlikləri, infarkt riski az olur. İnsult, tromboz, tromboemboliyada da az görülür.

BU xəstəliklər üzrə maksimal risk nadir qan qrupu IV-dədir.

Onlarda infarkt, insult riski 23% yüksəkdir.

Çünki bu qanda qanı qatılaşdıran zülal səviyyəsi çoxdur.

Eləcə də IV qrupda digər qruplara nisbətdə yaddaş, düşüncə, beyin qan-damar pozulması riski 82% çoxdur.

Ona görə bu qan qrupu olanlar içki, siqaretdən maksimum uzaq durmalıdır.
I qan qrupları üçün digər yaxşı xəbər onlarda mədə və mədəaltı vəz xərçəngi riskinin də az olmasıdır.

Bu növ xərçəng II növ qanda çoxdur, buna səbəb onlarda HP bakteriyasının daha aktiv olmasıdır.

Düzdür, I qan qrupunda qastrit, xora, öd problemi çox olur, amma xərçəngə kimi gətirib çıxarmır.


AYGÜN MUSAYEVA