Qanazlığı olanlar bu meyvəni yesin

  • 2023.09.15 18:22
  • 2698 Baxış
Qanazlığı olanlar bu meyvəni yesin
Dəmir defisitli qanazlığında rasiona qara gavalı əlavə edin.


“Medicina” xəbər verir ki, dietoloq İrina Mansurova bir çoxlarının qəbizlikdə effektiv metvə kimi tanınan gavalının başqa təsirini açıqlayıb.

“Gavalı dəmir və kaliylə zəngindir. Bu da dayaq-hərəkət, sümük, ürək-damar xəstəliklərinin profilaktikası üçün təsirlidir.


Anemiyası olanlar gündə 5 ədəd gavalı yeməlidir.

Onun 100 qramında 2 mq dəmir var.

Gavalı damarları təmizləyir, qaraciyərə faydalıdır. Qanda şəkəri stabilləşdirir. Həzm problemi, ishal və öd daşı olanlar ehtiyatla yeməlidir”.


Aygün Musayeva