Qanazlığı olanlar bu şorabanı yesin

  • 2024.02.13 16:48
  • 880 Baxış
Qanazlığı olanlar bu şorabanı yesin

Qanda dəmiri az olanlar ət və balıqla kələm şorabasını birgə qəbul etməlidir ki, dəmirin sovrulması baş versin.


“Medicina” xəbər verir ki, nutrisoloq Dariya Savelyeva kələm turşusunun qanazlığında faydasını açıqlayıb.


“Bu qida yüksək miqdarda C vitamini olduğu üçün antioksidant təsirlidir.


Eləcə də kələmdə kaliy, marqans, lif var. Turşu kələm bağırsaq mikroflorasını zənginləşdirir.

Məhz vitamin C ət məhsullarından dəmirin sovrulması və depolanması üçün vacibdir.

Ona görə qarnir kimi onu balıq, ət, kabab, qaraciyər, ətin yanında verin.

Eləcə də turşu kələmi təbii zeytun yağı ilə yedikdə bədəni vitaminlərlə təmin edir.

Əsl faydalı turşu kələm duzla hazırlanmalıdır, sirkə əlavə ediləni yeməyin”.

Aygün Musayeva