Qanazlığının səbəbi onkoloji xəstəlik də ola bilər – Cərrahdan açıqlama

  • 2023.07.06 11:08
  • 1708 Baxış
Qanazlığının səbəbi onkoloji xəstəlik də ola bilər  – Cərrahdan açıqlama
Təcrübəmizdə 40 yaşlarında xəstələr qan azlığından çox şikayət edir. Baxmayaraq ki, 1-2 aydır ki, qan azlığı müalicəsi alır, heç bir nəticəsi yoxdur.



“Medicina” xəbər verir ki, həkim- cərrah Emin Bayramovanın sözlərinə görə, bir çoxları qan azlığını dəmir əskikliyi ilə əlaqələndirirlər. Müalicəni də həkim təyinatı olmadan edib, pereparatları qəbul edirlər. Həmçinin dəmir tərkibli qidalardan istifadə edərək, qan azlığının qarşısını almağa çalışırlar.


“Qan azlığı tək dəmirə bağlı deyil, vitamin əskikliyi səbəbi ilə anemiyalar baş verir. Anemiyalar xroniki xəstəliklərlə də əlaqəlidir. Onlardan biri də şiş xəstəlikləridir. Həmçinin hər hansı bir B qrup vitaminlərinin çatışmazlığı səbəbi ilə qanazlığı baş verir.


Təbii ki, tək bir vitaminə bağlı deyil,məsələn bir neçə qrup vitamin var ki, hər bir vitaminin özünə məxsus təsiri var. Məhz həmin vitamin təmin olunan kimi xəstənin qan azlığı müalicə olunur.

Ona görə də məsləhətdir ki, qan azlığı olan şəxslər mütəxəssisə müraciət edib, qan azlığının əsl səbəblərini aşkar etsinlər.

Hər bir sahənin mütəxəssisi qan azlığına öz spesfik baxımından yanaşacaq. Cərrahların adətən ilk ağıllarına gələn həzm sisteminin problemləri olacaq. Burada mədə və yoğun bağırsağın şişləri müayinə olunacaq.

Yalnış bir düşüncə də odur ki, hematoloq sanki qan azlığı həkimi kimi düşünülür. Hematoloq daha çox qan xəstəlikləri üzrə bir mütəxəssisdir.

Qanazlıqlarının ən başında bədxassəli qan şişlər durur – leykozlar, hematomalar kimi. Qan azlığı ilə terapevt də məşğul olur.

Adətən 40 yaşdan yuxarı insanlarda qan azlığına səbəb onkoloji xəstəliklər olur. Gənc yaşlardakı xəstəni cərrahlar adətən, terapevtə yönəndirilir.

40 – 50 yaşlardakı insanlarda həzm sisteminin ya xorası və ya həzm sistemindəki hər hansı bir onkoloji proses ola bilər. Həzm sisiteminin onkoloji xəstəlikləri heç bir əlamət vermədən inkşaf edə bilər. Yalnız ilkin olaraq, qan azlığı əlaməti özünü biruzə verir.

Anemiyaya səbəb isə bir şişin öz toksik xüsusiyyətləri bədəni zəhərliyərək, orda xroniki proses yaratmasıdır.
Həmçinin şişin özü qan itirdikdə, hissə - hissə qan sızdırır. Bu zamanla xəstələrdə xroniki anemiyaya gətirib çıxarır. Bəzən də bu həkimlər üçün bir siqnaldır.

Əgər mədədə heç bir problem aşkar edilməzsə mütəxəssis yoğun bağırsağın müayinəsini elətdirir. Çünki, yoğun bağırsağın sağ şöbəsi şişlərində qan azlığı daha çox rast gəlinir.

Çunki, yoğun bağırsağın şöbəsi daha geniş olduğu üçün şiş müəyyən ölçülərə çatdıqda belə mənfəzdə daralma əlaməti vermədiyinə görə, xəstə bunun heç fərqində olmur.

Həzm sistemində də anemiya olduqda xəstə pereparat qəbul etməməlidir. Müalicənin effekt verməyəcəyini bilmək lazımdır. Çünki şiş durmadan qan itirir.

Ona görə də 40 yaş üzəri xəstələr qan azlığı aşkar etdikdə, mütləq həkimə müraciət etməlidir”.

Günay Quluzadə