Qanda antitel olsa da, ikinci dəfə yoluxma mümkündür– Britaniya mutasiyası yayılır

  • 2021.01.14 18:16
  • 2104 Baxış
Qanda antitel olsa da, ikinci dəfə yoluxma mümkündür – Britaniya mutasiyası yayılır


Birinci yoluxmadan sonra hətta yüksək antiteli olanlar arasında da qışda növbəti yoluxma olub.

Medicina.az xəbər verir ki, immunoloq Nikolay Kruckov artıq insanların ikinci dəfə Britaniya stampına yoluxduğunu bildirib.

Rusiyada artıq yüksək antiteli olsa da ingilis mutasiyasına 2 yoluxma faktı qeydə alınıb.

Britaniyada son elmi tədqiqatda isə 78 yaşlı koronavirus xəstəsinin 7 ay əvvəl də koronavirusa yoluxduğu, bu dəfə isə yeni mutasiyaya tutulduğu barədə araşdırma aparılıb.

Kişi birinci dalğada yoluxub sağalmışdı və antiteli yaranmışdı.

Sonuncu dəfə onun antitel analizi noyabrda yoxlanmış və var idi. Dekabrın sonu kişi yeni mutasiyaya yoluxur və ağır halda reanimasiyaya çatdırılır.

Alimlər kişinin bu dəfəki virusunun genomonu tam şifrə ediblər, məlum olub ki, bu ikinci dəfə yoluxma birinci dəfəkindən fərqli ştamdır. Kişi yoluxduğu an belə antiteli varmış. Lakin görünür bu yeni mutasiyada işə yaramayıb.


Nikolay Kruckov bildirir ki, bu görünməniş hadisə deyil, tamamilə normaldır. Qanında antitel olanlar da təkrar yoluxa bilər. Çünki virus mutasiyaya uğrayıb və Britaniya ştammı hələ çox sürprizlər edəcək.