Qanda dəmir defisiti insulta səbəb olur - Qanı yapışqanlı edir

  • 2022.08.31 16:05
  • 2738 Baxış
Qanda dəmir defisiti insulta səbəb olur   -   Qanı yapışqanlı edir


Azərbaycanda insanların əksəriyyətində dəmir defisitli anemiya var.


"Medicina" xəbər verir ki, bir çox həkimlər, insanlar buna ciddi yanaşmasalar da, alimlər dəmir əskikliyinin gələcəkdə insult yarada biləcəyini deyir.


80% hallarda insultun qarşısını almaq olar, əgər qanı yaxşı vəziyyətdə saxlasaq. Buna görə dəmir defisitindən qaçmaq lazımdır.

Çünki qanda ferium az olduqda, o qatılaşır və yapışqanlaşır.

Belə qan doşab kimi damarlarda ağır axır, baş beyinə isə çətinliklə çatır.

Nəticədə beyin funksiyaları zəifləyir.

"Hətta az miqdarda normadan aşağı düşmək insult riskini artırır. Ola bilər bu xəstələrin təzyiqi normal olsun. Buna baxmayaraq, beyin əziyyət çəkir" -deyə həkim kardioloq Oleq Varfolomeyev bildirib.


Qanın bir litrində 7-27 arası dəmir olmalıdır. Aşağı defisit litrdə 6 mikromoldan aşağı dəmirin olmasıdır. Bu artıq riskdir.

Aygün Musayeva