Qanda şəkər damarları necə dağıdır?

  • 2024.01.29 17:56
  • 708 Baxış
Qanda şəkər damarları necə dağıdır?

İnfarkt və insult riskindən qorunmaq üçün qanda şəkərin miqdarını nəzarətdə saxlamaq lazımdır.


“Medicina” xəbər verir ki, terapevt İrina Baranova infarktdan qorunmaq üçün 5 şərti açıqlayıb:


1. İlk növbədə, qanda şəkərin miqdarına nəzarət etmək lazımdır. Çünki ürək-damar xəstəliklərinin profilaktikası üçün vacibdir.

2. Gündə 7-10 min addım, piyada gəzmək. Əgər oturaq işdəsizsə, hətta idman zalında məşq belə addımları əvəz etməyəcək.

3. Təzyiqi daim nəzarətdə saxlamaq, 130/80-dən yuxarı olmamalıdır. 140-dan yuxarı artıq ürək tutma riskini 2 dəfə artırır.

4. Qanda xolesterinə nəzarət etmək, yaxşı, pis xolesterin göstəricilərini qaydaya salmaq üçün:

- Qidalanmanı dəyiş, trans yağları azalt, qaraciyəri yoxlat, vitamin defisitlərini bərpa et.

5. Alkoqol və içkini azalt, fərqi yoxdur, siqaret, veyp, qəlyan və s. Hətta evdə siqaret çəkən varsa, siz passiv çəkən hesab edilirsiz.

Nikotin və kükürd ürək əzələsini 2 dəfə daha tez çökdürür.


Aygün Musayeva