Qanda şəkəri salmaq üçün necə gəzməli?

  • 2026.04.20 17:25
  • 122 Baxış
Qanda şəkəri salmaq üçün necə gəzməli?


Hər yarım saatda beş dəqiqəlik gəzinti qan şəkərinin kəskin artımını 60% azalda bilər

Gəzinti bütün bədən üçün faydalıdır, çünki arteriyalardan daha çox qan axmasına imkan verir. Lakin optimal sağlamlıq üçün nə qədər gəzintinin zəruriliyi məsələsi geniş müzakirə olunur.


Medicina.az xəbər verir ki, endokrinoloq İqor Strokovun sözlərinə görə, hər yarım saatda beş dəqiqəlik gəzinti həm qan şəkərini, həm də qan təzyiqini əhəmiyyətli dərəcədə azalda bilər. Gəzinti rejiminə riayət etmək, bütün gün oturmaqla müqayisədə qan şəkərinin kəskin artımını 60 faiz azaldır".

Amerika tədqiqatında, 11 iştirakçının hamısına səkkiz saat erqonomik idman kreslosunda oturmaq və müntəzəm gəzinti fasilələri etmək tapşırılıb.

İştirakçılar ya hər 30 dəqiqə oturduqdan sonra bir dəqiqə gəzirdilər.

60 dəqiqədən sonra bir dəqiqə gəzirdilər.
Hər 30 dəqiqədən sonra beş dəqiqə gəzirdilər.
Hər 60 dəqiqədən sonra beş dəqiqə gəzirdilər.
Heç gəzmirdilər

"Bütün rejimləri tamamladıqdan sonra, optimal hərəkət miqdarının hər 30 dəqiqədən bir beş dəqiqə gəzmək olduğu məlum oldu. Eynilə, hər 30 dəqiqədən bir bir dəqiqə gəzmək gün ərzində qan şəkəri səviyyəsinə orta dərəcədə fayda verirdi."

Diabetdən qorunmaq üçün qadınlar hər 30 dəqiqədən bir stuldan qalxmalıdır.

Digər tərəfdən, hər 60 dəqiqədən bir beş dəqiqədən bir bir dəqiqə gəzməyin heç bir faydalı təsiri olmayıb.

Ümumilikdə, gəzintinin qan təzyiqinə müsbət təsir göstərdiyi, bu da sağlamlığın yaxşılaşması ilə əlaqəli ola biləcəyi aşkar edilib. Nəticələr göstərir ki, bütün günü oturan iştirakçılarla müqayisədə gəzən iştirakçılarda qan təzyiqi təxminən dörd-beş mm civə sütunu azalıb.

Aygün Musayeva