Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qanda şəkərin düşdüyünü göstərən - ƏLAMƏTLƏR

  • 2025.08.05 19:59
  • 90 Baxış
Qanda şəkərin düşdüyünü göstərən    - ƏLAMƏTLƏR



Qan şəkərinin aşağı düşməsi bəzi hallarda normal ola bilər, amma təkrarlanmağa başlayarsa, bu, xəstəliyin əlaməti ola bilər.


“Medicina” xəbər verir kki, həkim Yadgiş Khubcandani qanda şəkərin dalğalanmasının səbəblərini izah edib.


“ Qanda şəkərin kəskin düşməsi- hipoqlikemiya bir sıra səbəblərlə izah edilə bilər.

İnsanda mütəmadi olaraq baş verən hipoqlikemiya ehtimal olunan ciddi pozğunluqların əlamətidir. Həmçinin, çox aşağı qan şəkəri koma, ölüm riski ilə əlaqələndirilir.

Qan şəkərinin aşağı düşdüyünün 12 əlaməti:


Ani zəiflik hissi.
Üşümə.
Solğunluq və soyuq tər.
Başgicəllənmə.
Dərinin qıcıqlanması.
Əzələ səyriməsi
Kəskin əhval dəyişikliyi: əsəbilik, narahatlıq və ya ağlamaq
Konsentrasiyada çətinlik
Bayılma hissi

İnsanda şiddətli aclıq və ya susuzluq da ola bilər.

Belə ki, orqanizm şəkər çatışmazlığı ilə mübarizəyə başlamaq lazım olduğuna dair beyinə siqnallar göndərir. Şəkər çatışmazlığı səbəbindən yeriyə bilməmə, nitq və ya görmə problemləri də yarana bilər.

Aygün Musayeva