Qanı qatılaşdırıb, insulta səbəb olan içkilər

  • 2022.09.06 15:19
  • 1455 Baxış
Qanı qatılaşdırıb, insulta səbəb olan içkilər


Qanın qatılaşması damarlarda hərəkətini azaldır, nəticədə baş beyin qan dövranı pozulur.


"Medicina" xəbər verir ki, nevroloq Aleksandra Alexina qana mənfi təsir edən içkiləri açıqlayıb.

"Dünya əhalisinin birinci ölüm səbəbi olan insultların səbəbi damarların tıxanması, xolesterindir. Xolesterinə səbəb isə qanın qatılığıdır.

Yaş artdıqca bunları tətikləyən qidalar, içkilərdən uzaq durmaq lazımdır. Bunlar şirin, qazlı içkilər, yağlı süd, tünd içkilərdir.

Şirin içki, hətta kompot, təzə meyvə şirələri də olmaz.

Bunun əvəzinə bol su içmək, yaşıl çay, tərəvəz, göyərti smuziləri içmək yaxşı olar.

Həddən artıq şəkər qəbul etmək qanı daha qatı edir.

Transyağlar, duzlu qidalar, şorbalar da qana belə təsir edir"


Aygün Musayeva