Damarlarda aterosklerostik lövhə yığılmasına kömək edən qidalar iltihab yolu ilə bədəni digər xəstəliklərə də meylləndirə bilər.
Zamanla, onlar qan laxtalanma mexanizmlərinə və dərin ven trombozuna yol aça bilərlər.
“Medicina” xəbər verir ki, kardioloq Oleq Varfolomeevin xəbərdarlığına görə, dərin vena trombozu (DVT) adətən alt ekstremitlərdə əmələ gələn qan laxtası ilə xarakterizə olunur.
Laxtanın qopması və qan dövranına keçməsi ölümcül olur. Yüksək riskli xəstələr üçün profilaktika müalicədən daha yaxşıdır. Qanın laxtalanma mexanizmlərinə mane ola biləcək bu beş qidadan imtina etmək yaxşıdır.
Müəyyən qidalar uzun müddət davam edən iltihaba səbəb ola bilər ki, bu da bədəni ciddi xəstəliklərə hazırlaya bilər.
Ağ çörək, ağ düyü, işlənmiş və fast food, bişmiş məhsullar, krakerlər, kartof qızartması kimi təmizlənmiş/emal edilmiş qidalar:
Soda və digər şəkərli içkilər
Şirniyyat
Marqarin kimi trans yağlar
Qırmızı və işlənmiş ət ( kolbasa, sosis, vetçina) uzaq dursaz yaxşıdır.
Aygün Musayeva