Qanın qaranlıqsahəli mikroskopiyası analizi - Nəyi göstərir?

  • 2022.11.03 19:23
  • 4420 Baxış
Qanın qaranlıqsahəli mikroskopiyası  analizi  - Nəyi göstərir?

Qanın qaranlıqsahəli mikroskopiyası - qanda həmin an baş verən bütün prosesləri izləməyə imkan verən keyfiyyət analizdir. Bu analiz - qana mexaniki müdaxilə olmadan və qan nümunəsi alındıqdan dərhal sonra mümkün qədər tez aparılır. Monitorun köməyi ilə pasientin özü də qanında nə baş verdiyini görür.

Qan - orqanizmdə hər bir hüceyrə ilə qarşılıqlı əlaqədə olur, buna görə də sağlamlığımız və rifahımız onun keyfiyyətindən birbaşa asılıdır.


Yorğunluq, halsızlıq, tez-tez baş ağrıları, gün ərzində yuxululuq, yaddaşın, diqqətin pisləşməsi, immunitetin azalması, yuxusuzluq, depressiya, yüksək qan təzyiqi qan keyfiyyətinin pozulmasının ən erkən yaranan ilk əlamətləridir.
Qanın tərkib və keyfiyyət dəyişikliklərinin səbəbləri:

- az su qəbulu və ya su keyfiyyətinin aşağı olması;
-ferment çatışmazlığı (öd axınının pozulması, qaraciyər - mədəaltı vəzi - bağırsaq disfunksiyası) - çox miqdarda şəkərli qida və içki, digər karbohidratlar (ağ çörək, kartof, makaron və s.), ət, konservant və digər qida əlavələrindən istifadə;
-transyağlar (marqarin, qızardılmış qidalar, mayonez, tort və s. yağlı şirniyyatlar, xəmir məmulatları) - maqnezium, lesitin, vitamin C, sink, selen, digər vitamin və mineralların çatışmazlığı
- tərəvəz, meyvə, yarpaqlı göyərtilərin az istehlakı;
- parazitoz (parazit toksinlərinin qana keçməsi - qırmızı qan hüceyrələrinin zədələnməsinə və bir birinə yapışmasına, qanın qatılaşmasına və bütün orqanizmin intoksikasiyasına səbəb olur); - radiasiyaya məruz qalma (kompüterlər, mobil telefonlar...)
- stress (kapilyarların davamlı spazmı)
- zərərli vərdişlər (nikotin, spirt, narkotik)
- qəzəb, kin, aqressiya.

Qan keyfiyyətinin pozulması, qatılığının artması onun transport funksiyasını pisləşdirir və həyati vacib orqanlarda - beyin, ürək, qaraciyər, böyrəklərdə gedən mühüm prosesləri əngəlləyir.

Qanın qatılığının artması ilə qırmızı qan hüceyrələri öz fəaliyyətini itirir və bir-birinə yapışaraq qəpik sütunlarına bənzəyən qruplar əmələ gətirir. Bu qruplar o qədər böyükdür ki, kiçik arteriyalarda ilişib qalır, hüceyrələri qidalandıran kapilyarlara keçə bilmir və ucqar nahiyələrdə yerləşən hüceyrələr oksigen aclığı (hipoksiya) yaşayır.

Nəzərə alsaq ki, istənilən kapilyarın diametri bir eritrositin diametrindən kiçikdir və orqanizmin onu kapilyar boyunca itələmək üçün xüsusi mexanizmi var, onda eritrosit konqlomeratları ilə nə baş verdiyini təsəvvür etmək çətin deyil. Orqanizm bu sütunları parçalamaq üçün mücadiləyə başlayır. Kapilyar şəbəkəsinin uzunluğunun təxminən 100.000 km olduğunu nəzərə alsaq orqanizm nə qədər enerji sərf etdiyi aydındır. Tədricən orqanizm kompensasiya mexanizmlərini işə salır: ürək atımı artır, ürək və qan damarlarına düşən yük artır. Nəticədə qan təzyiqi yüksəlir və hipertoniyanın inkişafı üçün şərait yaranır.

Qanın qatılaşması və daxili mühitin turşulaşması ilə bağlı eritrositlərin yapışması bütün patoloji proseslərin inkişafı üçün başlanğıc nöqtədir.

Bu baxımdan qanın durulaşdırılması - qanı qatılaşmağa meylli, həmçinin qan laxtalanma riski yüksək olan insanlar üçün tövsiyə olunan tədbirdir. Bu məqsədlə müxtəlif kimyəvi tərkibli dərmanlar istifadə olunur. Ancaq onların uzun müddət istifadəsi qaraciyər, bağırsaq, böyrək xəstəliklərinə səbəb ola, uşaqlarda nevroloji dəyişiklikləri tətikləyə, qocalıq demensiyasına təkan verə bilər.

Qanı durulaşdırmaq üçün tək dərman qəbulu – yalnız nəticəni aradan qaldırmaq deməkdir. Problemin kompleks şəkildə, kökündən həlli üçün pəhrizi dəyişmək, su rejiminə riayət etmək, bağırsaqları təmizləmək, qaraciyərin, böyrəklərin fəaliyyətini dəstəkləmək, parazitlərdən qurtulmaq, toksinlərin səviyyəsini azaltmaq vacibdir.

Bioloji təbabət klinikasında Qanın qaranlıqsahəli mikroskopiyası ilə neqativ dəyişiklikləri zamanında aşkarlamaq, İnteqrativ tibb üsullarının, dietoterapiyanın və biotənzimləyici preparatların tətbiqi ilə orqanizmi drenaj-detoksikasiya etmək, qidalanmanı və su rejimini optimallaşdırmaqla qanın qatılaşması ilə yaranan problemlərdən azad olmaq, qəfləti ürək-damar krizlərindən qorunmaq olar.

Aygün M