Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qapıda böyük təhlükə: Qızılca qayıdır

  • 2025.05.13 22:30
  • 247 Baxış
Qapıda böyük təhlükə:  Qızılca qayıdır

Son illər dünyada yenidən artmağa başlayan qızılca xəstəliyi xüsusilə peyvənd olunmamış uşaqlar üçün böyük risk yaradır.

Medicina.az xəbər vetir ki, uşaqlıq çağı xəstəliklərindən olan qızılca, son illərdə yenidən artırmağa başlayıb.

Xüsusilə Amerika və Avropada sayı xeyli artıb.

Tənəffüs yolu ilə keçən və ətraf mühitdə 2 saata qədər yaşaya bilən qızılca virusu növbəti dəfə ciddi təhlükəyə çevrilib.



Mövzu ilə əlaqədar türkiyəli Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Ahmet Güzel açıqlama verib.

O, hər 10 peyvənd olunmamış uşaqdan 9-unun qızılcaya tutulduğunu deyib:

"97 faiz qorunma təmin edən peyvənd bu xəstəliyə qarşı qorunmada ən güclü silahdır".

Mehmet Özcan qızılcanın yüksək hərarət, öskürək, burun axması, gözlərin qızarması və bədəndə səpgilərlə özünü büruzə verdiyini bildirib:

"Başdan başlayan və bədənə yayılan səpgilərlə xarakterizə olunan bir xəstəlikdir. Ağızda ağ və boz ləkələr də müşahidə edilə bilər. Bu əlamətlərlə qarşılaşdıqda dərhal həkimə müraciət edilməlidir".



Professor xəstəliyin yoluxuculuğunun uşaqlarda simptomlar görünməzdən 4 gün əvvəl başladığını vurğulayıb:

"Səpkilər başlayandan sonra da yoluxuculuq 4 gün davam edir. Ona görə də qızılcadan şübhələnilən uşaqların təcrid edilməsi çox vacibdir. Qızılca xəstəliyinin xüsusi bir müalicəsi yoxdur, ən əhəmiyyətli profilaktik üsul peyvənddir".

Qızılca virusu ağciyər infeksiyalarına, beyin toxumalarının tutulmasına və immun sisteminin zəifləməsinə səbəb ola bilər. Bu da digər infeksiyaları asanlıqla meydana çıxarır. Bundan əlavə, bu virus infeksiyadan 7-10 il sonra belə ciddi nevroloji xəstəliklərlə özünü göstərə bilər".

Aygün
Medicina.az