Qara geyinməyi sevənlər bu üç xüsusiyyətə malikdirlər - Psixoloq

  • 2025.08.20 10:37
  • 243 Baxış
Qara geyinməyi sevənlər bu üç xüsusiyyətə malikdirlər -  Psixoloq

Moda və psixologiya mütəxəssisləri qara rəngin sadəcə üslub seçimi olmadığını deyirlər. Tədqiqatlar göstərir ki, müntəzəm olaraq tünd rənglər geyinən insanlar düşündüyümüzdən daha mürəkkəb və güclü şəxsiyyətə sahibdirlər.

Medicina.az xəbər verir ki, istər gündəlik həyatda, istər xüsusi hallar üçün geyinməkdən asılı olmayaraq, qara rəng, stil, inam və fərdilik mesajı verir.

Bununla belə, psixoloqlar qara rəngin sadəcə estetik seçim olmadığını bildirirlər, insanın xarakterinə dair ipucları verir.

Tədqiqatlar göstərir ki, müntəzəm olaraq tünd rəng geyinənlər müəyyən şəxsiyyət xüsusiyyətlərinə sahib olurlar.



QARA GEYİNMƏYƏ ÜSTÜNLÜK VERİRSİNİZƏ...

Məlumatına görə, qara geyinmək güc, prestij və nəzarət rəmzi hesab olunur.

Mütəxəssislər qara rəngə üstünlük verən insanların ümumiyyətlə özünə güvənən, qətiyyətli və iddialı olduqlarını bildirirlər. Psixoloqlar “Qara rəng insanın ciddi və hörmətli bir duruş sərgilədiyinə işarədir”, deyirlər.

Ancaq qara geyinənlər həmişə güclü tərəflərini əks etdirmirlər. Alt paltarından tutmuş corablara qədər qara rəngə üstünlük verən insanlar bəzən narahatlıq və ya konsentrasiyada çətinlik çəkə bilərlər. Ancaq bu rəng onlara daha inamlı və nəzarətdə olduqlarını hiss etdirir.

Stilist David Zyla vurğulayır ki, qarderoblarında rəng müxtəlifliyinə baxmayaraq, insanlar çox vaxt özlərini ən rahat hiss etdikləri rəngləri seçirlər.

Xüsusi günlərdə qara paltarların geniş yayılması rəngin arxayın və prestijli təsirini daha da vurğulayır.

Aygün
Medicina.az