“Qarabağ” klubunun müalicə aldığı möcüzə məkan - Burda 100 dərdə dəva var - VİDEO

  • 2021.03.01 15:25
  • 2691 Baxış
“Qarabağ” klubunun müalicə aldığı möcüzə məkan -   Burda 100 dərdə dəva var - VİDEO

Kızılcahamamın möcüzəvi termal suları

Ankarada qədim Kızılcahamam Soyuq Su Milli parkı müalicəvi termal suları ilə təkcə Türkiyədə deyil, dünyada məşhurdur.


Burda yerləşən müalicəvi otellərdən biri də kurort sanatoriya tipli Patalya Thermal Resort Hotelidir. Otel Başkent Universitetinin turizm sektoruna aiddir.

Medicina.az -ın əməkdaşları Ankara səfərində dağlar, meşəliklər qoynunda yerləşən Kızılcahamamın bütün müsbət tərəflərini özündə birləşdirən bu möhtəşəm yerdə olub.

İlin 12 ayı, 4 fəsil qonaqların üzünə açıq olan otel şam meşələri, qarlı dağlar arasında yerləşir.

Otelin baş direktorunun müavini Ümid Yıldırım Patalya oteldə termal sularla müalicə haqqında məlumat verib:

“Otelimiz Ankaradan 80 km aralı, Soyuq Su Milli parkında yerləşir, 312 nəfərlik yerimiz var. Kızılcahamam su diyarı kimi tanınır. Sularımız həm içməli, həm vannalar üçündür.

Yaz aylarında yerli və xarici futbol klublarına kamp xidməti göstəririk. Azərbaycanın məşhur Qarabağ futbol klubu da burda hər il fizioterapiya və reabilitasiya keçir.

Fizioterapiya keçən, qəza, travma sonrası xəstələr üçün də xüsusi bərpa proqramlarımız var. Fiziki əngəlli, əlil şəxslər üçün oteldə hər cür şərait yaradılıb.Kür mərkəzimizdə tək nəfərlik və ailəvi hovuzlar, hamamlar, termal sularla vannalar, bitki, süd vannası, sauna, müalicəvi masaj kabinetləri mövcuddur.

Hər problemə uyğun masaj növləri: bal, aromamasaj, yağlarla təqdim olunub. Uşaqlar da özəl hovuzlarda termal sulardan istifadə edə bilir. Yeni istifadəyə verilmiş türk hamamı, fin saunası, otlar, bitkilərlə vanna ilin 4 fəsli sizi gözləyir”.

Kızılcahamam sularının özəlliyi:

- Ph dəyəri 7,03 olan, az qazlı. mineral sularda bikarbonat, flör, termineral vardır
- İçilərkən mədə-bağırsaq, 12 barmaq bağırsaq sinir sistemi üçün faydalıdır. Bir çox parazitləri, qurdları tökür
- Mineral su soyudulmuş halda içilməlidir

Hansı xəstəliklərdə effektivdir:

- revmatizm
- bağırsaqlarda olan qurdların, parazitlərin tökülməsi
- sümük, bel ağrıları
- dəri xəstəlikləri, psoriaz
- ayaqda göbələk
- ginekoloji xəstəliklər
- idmançılarda idman zədəsi, sümük, əzələ ağrıları
- artıq çəkidən əziyyət çəkənlər.