Qarabağda qəzaya düşən Bineli Yıldırımın vəziyyəti

  • 2022.10.21 15:04
  • 1618 Baxış
Qarabağda qəzaya düşən Bineli Yıldırımın vəziyyəti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.



Medicina.az xəbər verir ki, dövlət başçısı xəsarət alanlarla söhbət edib, onların tezliklə sağalmalarını arzulayıb.



Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçi də öz növbəsində qəza yerindən operativ olaraq helikopterlə Bakıya xəstəxanaya çatdırılmalarına və onların dərhal tibbi müayinədən keçirilərək müalicə almalarına görə dövlətimizin başçısına və tibb heyətinə dərin minnətdarlıqlarını bildiriblər.


Səhiyyə Nazirliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Zəngilan aeroportu yolunda qəzaya düşmüş AKP sədrinin müavini, sabiq Baş nazir Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin səhhəti ilə bağlı məlumat yayıb.


Məlumatda AKP sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin yaxın saatlarda xəstəxanadan buraxılacağı bildirilib.



Qeyd olunub ki, Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə, onlar xəstəxanada mütamadi həkim nəzarəti altındadırlar, vəziyyətləri qənaətbəxşdir, həyatları üçün hər hansı bir təhlükə yoxdur.