“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü

  • 2022.08.03 15:47
  • 3564 Baxış
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Latviyalı sabiq futbolçu, Azərbaycanda Ağdamın “Qarabağ”, Bakının “İnter” (indiki “Şamaxı”) və Zaqatalanın “Simurq” klublarında çıxış etmiş Andrey Rubin vəfat edib.


Medicina.az xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.


43 yaşlı A.Rubinin qəflətən vəfat etdiyi bildirilir. Onun ürək tutmasından öldüyü güman edilir.