Qaraciyər piylənməsinin yaradan əsas səbəb

  • 2023.04.14 18:52
  • 2075 Baxış
Qaraciyər piylənməsinin yaradan əsas  səbəb
Qaraciyərin piylənməsinin səbəbləri müxtəlif ola bilər. Lakin əsas 6 endokrin səbəblər var ki, qaraciyər piylənməsinə təsir göstərir.

“Medicina” endokrin səbəbləri təqdim edir:

1. Artıq çəki və piylənmə problemləri olan insanlar ultrasəs müayinəsindən keçdikdə, əksər hallarda qaraciyər piylənməsinə rast gələcək.

2. İnsulin dirənci zamanı qanda insulin yüksək olduğu üçün qaraciyər hüceyrələri arasında piyin toplanmasına səbəb olur.

3. Yüksək xolesterin, trigliseridlərin yüksək olması qaraciyər hüceyrələri arasında piy toplanmasına səbəb olur.

4. Polikistoz yumurtalıq sindromu simtomsuz gedişata malik ola bilər, lakin bəzən menstrual tsiklin pozulması
(oliqomenoreya), bədəndə kişisayağı tüklərin əmələ gəlməsi, səpkilərə, ən əsası isə piylənməyə gətirib çıxardacaq.

5. Metobolik sindromda həm insulin yüksək olur, həm də xolesterin. Bunların üçü bir yerdə qaraciyərin piylənməsinə səbəb olur.

6.Şəkərli diyabetin 2 – ci tip xəstəliyi qaraciyər piylənməsinə gətirib çıxardır.

Lakin zamanında bu risk faktorlarının qarşısı qismən də olsa alınarsa, qaraciyər piylənməsinin səbəblərini aradan qaldıra biləcəyik. Qaraciyər piylənməsini qarşısı vaxtında alınmazsa fibroza, hətta serroza qədər gəlib çıxır.

Günay Quliyeva