Qaraciyər sirrozu yaşa baxmır

  • 2020.11.12 16:49
  • 2369 Baxış
Qaraciyər sirrozu yaşa baxmır

Son zamanlar yayılan hepatit viruslarının vaxtında müalicə olunmadıqda qaraciyər çatışmazlığı, sirroz, hətta xərçəng kimi ölümcül xəstəliklərə səbəb olduğu məlumdur. Lakin bəzi hallarda hepatit virusuna yoluxmadan da ciddi qaraciyər problemləri başlaya bilir.


-Sirroz xəstəliyinin yaranması üçün yalnız hepatit viruslarının olması önəmli deyil. Alkoqol, autoimmun xəstəliklər, genetik səbəblərdən də sirroz xəstəliyi meydana çıxa bilər. Bu xəstəliklər cinsə və yaşa baxmır. İrsiyyətin də xəstəlklərin meydana çıxmasında rolu böyükdür. Ona görə məndə hepatit yoxdur deyib, illərlə müayinə olunmamaq və zərərli vərdişlərə, qidalanmaya davam edib, arxayın olmaq olmaz.



Qaraciyəri təmizləmək üçün çox dərmanlar satılır. Bəzən insanlar həkimlərə müraciət etmədən kor-koranə şəkildə həmin dərmanlardan istifadə edirlər.

Bu dərmanlar ölümə və ya xərçəngə səbəb olmur. Amma hepatit xəstəsi olduğundan xəbəri olmayan şəxslər bu cür dərmanlardan kortəbii şəkildə istifadə etdikdə xəstəlik daha da kəskinləşə bilər. Bu zaman xəstənin qaraciyərində fibrotik proses gizli şəkildə irəliləyə bilər. Bu dərmanlar xəstələrə protolkol əsasında gündə 2-3 tablet şəklində təyin edilir. Özbaşına qəbul edildikdə isə dozalanma düzgün təyin edilmir. Yəni xəstə gün ərzində yalnız 1 tablet qəbul edir.

Belə olduqda xəstə müalicə olunduğunu düşünür amma doza az olduğu üçün proses irəliləyir. İlk 3 ayda virus sönərək neqativə ensə sə daha sonralar yenidən aktivləşərək qaraciyərə ciddi xəsarət yetirə bilər.