Qaraciyər sirrozunun erkən əlamətləri - DİQQƏT

  • 2021.11.04 18:17
  • 3029 Baxış
Qaraciyər sirrozunun erkən əlamətləri -  DİQQƏT
Qaraciyərdə sirrozun ilk başda təyini və diaqnoz olunması çox çətindir, qaraciyərdə fibroz çapıqlar əmələ gələndə isə artıq gec olur, qiymətli vaxt itirilib.

Amma orqanizm sirroz zamanı ilkin simptomları bildirir, sadəcə onlara diqqət yetirilmir.

Medicina.az xəbər verir ki, sirroz zamanı bu əlamətlərə fikir vermək lazımdır.

İlk növbədə daim yorğunluq hissi, əzginlik, pis iştaha, yata bilməmək, əzələ kütləsinin zəifləməsi, arıqlama, ürəkbulanma, qaytarmaq hissi, eləcə sağ qabırğaaltında birdən tutmaşəkilli sancı, ağrı kimi əlamətlərə diqqət yetirin.

Sirozu dəridə də görmək olar. Qarından yuxarı hissədə qırmızı angiomalar, qırmızı xallar, eləcə də ovucların içinin qırmızı rəng alması narahatedici məqamlardır.