Qaraciyər xərçəngindən əziyyət çəkən aktyor müalicəsindən danışdı

  • 2023.07.28 15:28
  • 1536 Baxış
Qaraciyər xərçəngindən əziyyət çəkən aktyor  müalicəsindən danışdı
Aktyor Dolf Lundqrenin 27 yaşlı həyat yoldaşı onun xərçənglə mübarizəsi haqqında danışıb.


“Medicina” xəbər verir ki, aktyor 2015-ci ildə ilk dəfə xərçəng şişi diaqnozu qoyulduqdan və əməliyyat olunduqdan sonra şəxsi məşqçisi kimi işləyən gənc qızla görüşməyə başlayıb.

2020-ci ildə xərçəng pisləşdi, Lundqrenə bir anda qaraciyər və böyrəklərində altı şiş diaqnozu qoyuldu. Həkimlər onun təxminən iki il ömrünün qaldığını bildiriblər.

Aktyorun ağzı, qolları və ayaqları ağrıyır, soyuq, isti və ədviyyatlı heç nə yeyə bilmirdi. Buna görə də kəskin çəki itirməyə başladı.

Aktyor ona yeni müalicə təyin olunanda ümidsizliyə qapılmışdı. Bu terapiyanın məqsədi neoplazmalarda mutasiyaları məhv etmək idi.

Nəticədə bir neçə ay ərzində şişlər 20-30 faiz azalıb. Hazırda onların ölçüsü 2020-ci ilə nisbətən 90 faiz azdır.
Aktyor remissiyadadır və sağ olduğu üçün şanslı olduğunu deyir.

Cütlük 2020-ci ilin iyununda nişanlandıqlarını elan etdikdən üç il sonra Yunanıstanın Mikonos adasında evləndilər.

Günay Quluzadə