Qaraciyər, yoxsa ödünüz ağrıyır? – Sağ qabırğaaltında diskomfort

  • 2024.05.02 15:41
  • 899 Baxış
Qaraciyər, yoxsa ödünüz ağrıyır?  – Sağ qabırğaaltında diskomfort

Sağ qabırğaaltında 2 vacib orqan yerləşir: Qaraciyər və öd. Bir çoxları düşünür ki, qaraciyər nadir halda ağrı siqnalı verir.


“Medicina” xəbər verir ki, qastroenteroloq Yelena Yakuşeva qaraciyərlə öd kisə ağrısını fərqləndirmənin şərtlərini açıqlayıb.


“Sağ qabırğaaltında ağrı 90% hallarda qaraciyər xəstəlikləri səbəbindən olur.


Əslundə qaraciyər toxuması birbaşa ağrımır, əgər orqan xəstədirsə, deməli, iltihab qonşu orqan və toxumalara keçib.

Eləcə də qaraciyər ağrısı kimi hissi digər yanaşı orqanların xəstəliyindən ola bilər ki, nəticədə qaraciyər kapsulu sıxılır, dartılma hissi olur və ağrı kimi hiss verir.

Problem ondadır ki, çox insanlar bu ağrılara fikir vermir, müalicə olunmaq istəmir, xalq tababətini sınayır, qaraciyəri, ödü guya “yuyurlar”.

Çünki qaraciyər toxuması zədələndisə, uzaq gələcəkdə sirrozla nəticələnə bilər.

Qaraciyərin dezintoksikasiya prosesi pozulanda, xolesterin çoxalır. Bu zaman ürək-damar sistemi sıradan çıxır.


Qaraciyərdə ağrı alkoqol zədələnməsi, öd daşı xəstəliyi, sirroz, kistlərdən ola bilər.

O ki, qaldı öd kisəsinə, dərhal ağrı verən orqandır, öd sancılarını heç nə ilə səhv salmaq olmaz.


Öd kisəsində daş, iltihab, çöküntü olanda sıxıcı, arada tutub buraxan, bıçaq kəsirmiş kimi ağrı olur. Bu ağrı kürəyin arxasına və aşağı yayıla bilər. Öd problemində ürəkbulanma, iştahsızlıq, qaytarma, hərarət ola bilər”.

Aygün