Qaraciyərdə kalsinatlar nədir? - Müalicə resepti

  • 16 İyn 2022 14:56
  • 1533 Baxış
Qaraciyərdə kalsinatlar nədir?   - Müalicə resepti

Kalsinatlar qaraciyərdə infeksion xəstəliklərə yoluxma, eləcə də orqanizmdə metobolizm proseslərinin pozulması, əsasən də kalsium mübadiləsinin patologiyası zamanı yaranır. Kalsium duzlarından ibarət topalar hepatositləri - qaraciyər hüceyrələrini əvəz edir.


Qaraciyərin funksiyası pozulduqda intoksikasiya yaranır, ilk növbədə həzm sisteminin işi pozulur- köp və qəbizlik əmələ gəlir.


Medicina.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.

Həkimin sözlərinə görə, azhərəkətli insanlarda da birinci növbədə kalsinatlar yaranır: "Buna görə də, məsləhət görürəm ki, əllər yanda açıq vəziyyətdə olmaqla hər gün ən az 1 saat piyada gəzin".

F.Hüseynov bu problemin müalicəsi üçün resept də təqdim edib:

"300 qr ud hindi və 300 qr alaqanqal ( üyüdülmüş) qarışdırılır və gündə 3 dəfə olmaqla hər yeməkdən əvvəl 1 çay qaşığı 1 st su ilə içilir. 1 litr suya 3 xr qaş alma sirkəsi və 1 çay qaşığı soda qarışdırılır və gün ərzində içilir".