Qaraciyəri məhv edən Sirkovirus tapıldı - Hepatitdən də təhlükəlidir

  • 2023.02.18 17:07
  • 1618 Baxış
Qaraciyəri məhv edən Sirkovirus tapıldı   -  Hepatitdən də təhlükəlidir

Viroloq Vitali Zverev Fransada bir xəstədə aşkar edilən sirkovirusunun nə dərəcədə təhlükəli olması barədə məlumat verib.

"Medicina" xəbər verir ki, adətən heyvanların həssas olduğu naməlum sirkovirus növü 61 yaşlı hepatitli xəstədə tapılıb.

Qaraciyəri yoluxduran bu yeni virus, insan sirkovirusudur I (HCirV-1).

Virusoloq eksklüziv müsahibəsində bunun insanlar üçün nə qədər təhlükəli olması və epidemiyaya çevrilmə ehtimalı barədə danışıb.
“Virus poliomielit virusuna və ya hepatit A virusuna çox bənzəyir... İnsanlarda bu viruslar heç vaxt hər hansı epidemiyaya səbəb olmayıb. Buna görə düşünürəm ki, ondan qorxmağa dəyməz”, - deyə ekspert bildirib.


Həmin xəstənin vəziyyəti 17 il əvvəl ürək və ağciyər transplantasiyası əməliyyatından sonra davamlı izlənilib. Müayinələr göstərib ki, qadında qaraciyər hüceyrələrinin 2-3%-i yoluxub. Bildirilib ki, antiviral müalicədən sonra orqanın vəziyyəti normallaşıb. /aztibb.az/