Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyəri öldürən “səssiz qatillər” nədir?

  • 2024.01.29 21:08
  • 1997 Baxış
Qaraciyəri öldürən “səssiz qatillər” nədir?
Cəmiyyətdə belə bir səhv mif dolaşır ki, sirroz və qaraciyər xərçəngi ancaq əyyaşlarda, çox içki olanlarda baş verir.


“Medicina” xəbər verir ki, məşhur həkim Aleksandr Myasnikov qaraciyəri içkidən çox virusların məhv etdiyini bildirib.


“2 təhlükəli virus – A, B hepatitləri sakit,səssiz qatillərdir.

Onları vaxtında aşkarlayıb müalicə etməsəz, sirroz və xərçəngə kimi gedib çıxa bilər.
Steatohepatoz – həddən artıq çox və nizamsız yeyənlərin simptomudur.

Sirroz təkcə çox içənlərdə yox, çox yeyənlərdə də olur.

Virus hepatiti isə müxtəlif viruslarla qaraciyər toxumasının zədələnməsidir.


Hepatitlərin ümumi əlamətləri:

- Yorulma, əzginlik, iştahsızlıq – hətta yüngül iş görəndə belə əldən, ruhdan düşürlər

- Sarılıq – dəri, göz ağının xarakterik sarı rəng alması

- Qarının, döş qəfəsinin sol küncündə ağrı

- Xüsusən səhərlər ürəkbulanma

- Əzələ və oynaqlarda ağrı

- İshal

- Nəcisin rənginin dəyişməsi

Aygün