Qaraciyəri piylənmədən bu qoruyur - Hər gün için

  • 03 İyn 2021 15:57
  • 1269 Baxış
Qaraciyəri piylənmədən bu qoruyur -  Hər gün için

Hazırda geniş yayılan qaraciyər piylənməsinə qarşı nəyin daha effektli olması barədə siçanlar üzərində tədqiqat aparıblar.


Medicina.az xəbər verir ki, ABŞ Pensilvaniya Universitetinin alimləri artıq bir təcrübənin nəticəsini dərc edib.

Qaraciyərin qeyri alkoqol mənşəli xəstəliyi nəticəsində orqanın hüceyrələrində piy toplanır, getdikcə bu sirroza çevrilir. Son illər piylənmədən qaynaqlanan sirroz halları artır.

Statistika görə, gözlənilir ki, 2030-cu ildə yer üzündə 120 milyon insan məhz bu piylənmədən əziyyət çəkəcək.
Ona görə alimlər təcili bu problemə qarşı səfərbər olublar.

Laboratoriya aparılan təcrübədə 16 həftə ərzində yüksək yağ tərkibli qidalarla yanaşı, yaşıl çay ekstraktı qəbul edən siçanlarda qaraciyərin piy qatının ümumi həcminin azalması sübut olunub. Yaşıl çayla yanaşı bu siçanlar təkər içində qaçışa da cəlb olunmuşdular.

Digər yağlı qidalar yeyib, yaşıl çay ekstraktı qəbul etməyən siçanlarda isə qaraciyərdə yağlanma dərəcəsi 3 dəfə artmışdı.

Eyni zamanda heyvanların nəcisinin analizi göstərdi ki, yaşıl çay həzm prosesində də dəyişikliklər yaradır.
Bu çayda olan polifenollar nazik bağırsaqda həzm fermentləri ilə birgə təsir göstərərək, yağ və karbohidratların toplanmasını blok edir və artıq yağ birləşmələrini nəcislə xaric edir.

Alimlər müntəzəm gəzmə, qaçış, fiziki hərəkət və yaşıl çay qəbulunun qaraciyər piylənməsinin qarşısını alacağını bildirir.