- Piylənmənin də qarşısını alırQaraciyəri qoruyan ərzaqlar

  • 2019.03.20 17:09
  • 26445 Baxış
 - Piylənmənin də qarşısını alır Qaraciyəri qoruyan ərzaqlar

 


Qaraciyərin fəaliyyətinə, eyni zamanda, bir sıra xəstəliklərin və piylənmənin qarşısını almağa faydalı ərzaqlar hansılardır?




Medicina.az xəbər verir ki, bir çox ərzaqlar kimi yulafın da tərkibində olan lifli maddələr artıq çəkidən qurtulmağa kömək edir ki, bu da qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir.




Qəhvə




Düzgün qidalanmamaq və ya alkoqollu içkilərin qəbuluna baxmayaraq gündə 2-3 fincan qəhvə qaraciyərin fəaliyyətinin tənzimlənməsinə kömək edir və xərçəng riskini aradan qaldırır.




Yaşıl çay




Yaşıl çayın tərkibindəki antioksidantlar xərəçəngin yaranma riskini aradan qaldırır. Bu xüsusiyyət ispanaqda da var.




Qaragilə




Qaragilə bitkisinin tərkibi polifenol birləşmələrlə zəngindir. Bu da qaraciyərdə piy toplanmasının qarşısını alır.




Badam




Badamın tərkibində çoxlu miqdarda E vitamini var ki, bu da qaraciyər piylənməsi ilə mübarizədə kömək edir.