Qaraciyərin xəstələndiyini açıq-aşkar göstərən 5 ƏLAMƏT

  • 2022.04.25 15:32
  • 3066 Baxış
Qaraciyərin xəstələndiyini açıq-aşkar göstərən    5 ƏLAMƏT

Qaraciyərin zədələnməsi ən gizli gedən proseslərdəndir.

Lakin istənilən halda qaraciyərin xəstələndiyini açıq-aşkar göstərən əlamətlər olur.

Bakupost.az xəbər verir ki, qaraciyərə içki, viruslar, toksinlər, yüksək yağ tərkibli qidalar neqativ təsir edir.
İlkin olaraq qaraciyərin xəstəliyi barədə sidiyin rəngi xəbər verir.

Sidik daha tünd olur. Bu zaman qaraciyərin xroniki xəstəliyindən şübhələnmək olar.
Daha çox alkoqol içənlərdə bu rast gəlinir.

Göz bəbəyinin rənginin saralması da qaraciyərdən siqnaldır. Bu hepatit, sirozdan xəbər verir.
Eləcə də Jilber sindromu, lipid balansının pozulması da sidiyin rəngini dəyişir.

Qaraciyərin piylənməsini qarının yuxarı sağ hissəsində ağrı, diqqətin yayılması, aşırı yorğunluq da göstərir.

Eləcə də qaraciyərin xəstəliyini göz bəbəyinin ətraf halqasının tünd yaşıl rəng alması da xəbər verir. Bu bəzən irsi genetik qaraciyər xəstəliklərində də olur.


Aygün Musayeva
BakuPost