Qaraçörəkotunu belə istifadə edin - Faydası dəfələrlə artır

  • 2024.03.18 19:00
  • 776 Baxış
Qaraçörəkotunu belə istifadə edin -  Faydası dəfələrlə artır
Qaraçörəkotunun həm toxumu, həm də yağından istofadə olunur və hər ikisinin özünəxas faydaları var.

Medicina.az xəbər verir ki, qaraçörəkotundan düzgün istifadə etdikdə ondan daha çox fayda əldə etmək mümkündür.

- Qaraçörəkotunu yeməkdən əvvəl qəbul etmək həzm sistemini yaxşılaşdırır.

- Qaraçörəkotunun digər qidalarla birlikdə istifadəsi onun əmilməsini və faydalarını artıra bilər. Məsələn, qatıqla qarışdırıb yedikdə həzm sistemini tənzimləməyə, immunitet sistemini gücləndirməyə və xolesterini aşağı salmağa kömək edir.

- Bəzi dərmanlar qaraçörəkotu ilə qarışdıqda əks təsirlər göstərə bilər. Ona görə də qaraçörəkotundan mütəmadi istifadə zamanı mütləq həkimlə məsləhətləşmək lazımdır.

- Qaraçörəkotunun yağı qan laxtalanmasını yavaşladır. Bu səbəbdən qan durulaşdıran dərmanlardan istifadə edən insanların onu istehlak etməsi təhlükəli ola bilər.

- Qaraçörəkotu bəzi insanlarda allergik reaksiyalara səbəb olur. Onun müalicəvi xüsusiyyətlərindən yararlanmadan öncə allergiya testi etmək tövsiyə olunur.


Aysel