Qarğıdalının bilmədiyiniz faydaları

  • 2019.10.28 12:18
  • 11533 Baxış
Qarğıdalının bilmədiyiniz faydaları

Qarğıdalı sağlamlıq üçün lazım olan kalorini təmin etməklə yanaşı, A,
B və E vitamini baxımından da zəngin bir bitki mənşəli mənbədir. Yüksək
miqdarda lif tərkibinə malik olan qarğıdalı, karotin baxımından da
zəngindir. Qarğıdalı ferul turşusu, beta karotin, vanilin turşusu,
kumarin turşusu, kofein turşusu və sirenqik turşusu kimi bəzi bitki
mənşəli qida komponentlərini özündə birləşdirir. Yaxşı bir maqnezium
mənbəyi olan qarğıdalı, manqan, dəmir və mis mineralları baxımından da
yaxşı bir qida mənbəyidir.


 


 


 


 


Qarğıdalının sağlamlığa faydaları nələrdir?   Medicina.az xəbər verir ki, bol miqdarda lif ehtiva edən qarğıdalı həzm
sistemi xəstəliklərinin qarşısını alır, qəbizlik, hemoroid və kolorektal
xərçəngi kimi xəstəliklərinin qarşısını alır. Yaxşı bir antioksidant
mənbəyi olan qarğıdalı bu sayədə bir antikanserogen qida mənbəyidir.   Qarğıdalı Alzheymer xəstəliyi təhlükəsini azaltmağa kömək edir və ürək
xəstəlikləri riskini azaldır. Yüksək təzyiqi aşağı sala bilən qarğıdalı,
anemiya riskini də azaldır, xolesterol və qanda şəkəri tənzimləyir.
Bunlara əlavə olaraq qarğıdalı dərinin sağlamlığını da qoruyur.


 


 


100 qram qarğıdalı 342 kalori deməkdir. Bunun üçün də qarğıdalı sürətli
şəkildə çəki artımına səbəb ola bilir. Xüsusilə, az çəki problemi olan
arıq insanlar üçün faydalı olan qarğıdalı, maddələr mübadiləsi və bədən
üçün çox yaxşı bir enerji mənbəyidir.   Yüksək lif tərkibi sayəsində qarğıdalı həzm sistemi sağlamlığını qoruyar
və həzm problemləri təhlükəsini azaldır. Gündəlik qəbul edilməsi
tövsiyə olunan lifin, təxminən 18.4%-ni təmin edən qarğıdalı, qəbizlik
və hemoroid kimi həzm problemləri ilə mübarizə aparır. Qarğıdalı yoğun
bağırsaq xərçəngi təhlükəsini azaldır, bağırsaq hərəkətlərini
nizamlayır.


  Bol miqdarda qarğıdalı istehlak etməyin zərəri ola bilərmi?   Qarğıdalı yüksək nisbətdə beta karotin və A vitamini ehtiva etməkdədir.
Sağlamlıq üçün faydalı olan beta karotin və A vitamini siqaret istifadə
edənlər üçün faydadan daha çox zərərli təsir göstərir. Mütəmadi olaraq
siqaret çəkən şəxslər bol miqdarda qarğıdalı istehlak etdikləri
təqdirdə, ağciyər xərçəngi risklərini də artırmış olurlar.   Yüksək miqdarda yağ turşuları ehtiva edən qarğıdalı həm ürək
xəstəlikləri baxımından risk qrupunda olanlar üçün, həm də ürək
xəstələri üçün təhlükəli vəziyyət yaradır.   Bol miqdarda istehlak edilən qarğıdalı qandakı şəkər səviyyəsini yüksəldə bilər. Bol miqdarda qarğıdalı yemək artıq çəki almağa səbəb ola bilər.

Qarğıdalının bilmədiyiniz faydaları
Qarğıdalının bilmədiyiniz faydaları
Qarğıdalının bilmədiyiniz faydaları
Qarğıdalının bilmədiyiniz faydaları