Qarına su hansı hallarda yığılır?

  • 2023.03.28 14:29
  • 19617 Baxış
Qarına su hansı hallarda yığılır?
Assit qarın boşluğuna mayenin toplanmasıdır. Normal insanlarda qarın boşluğunda maye olmur. Amma qadınlarda menisturasiya tskilindən aslı olaraq qarın boşluğunda 20 ml-ə qədər maye ola bilər.

"Medicina" xəbər verir ki, ümumi cərrah Toğrul Məhərrəmov qarına su yığılmasının səbəblərini açıqlayıb.


Həkim qarın boşluğunda maye toplanmasının əsas səbəblərini aşağıdakı kimi sadalayıb:

Peritonit


- Bakterial mənşəli peritonitlər
- Vərəm mənşəli peritonitlər

Portal hipertenziya

- İntrahepatik - qaraciyər daxili blok, məsələn, qaraciyər şişləri, sirroz, xroniki hepatitlər və s.
- Prehepatik blok - qaraciyər önu blok - məsələn, qapı venasının trombozu, dalaq venasının trombozu, Qapı venasının sıxılması (pankreas, mədə və ya öd kisəsi şişi tərəfindən)

- Posthepatik blok - qaraciyər sonrası blok - məsələn, Badd-Kiari-Sindromu, aşağı boş venanın trombozu
-Ürək və perikard xəstəlikləri - məsələn, sağ ürək çatışmamazlığı, perikardit
-Hipoproteinemiya - qanda zülalın azalması- məsələn, nefrotik sindrom
-Bədxassəli şişlər - məsələn, periton karsinozu

Digər səbəblər


- Mədəaltı vəzinin sisti
- Pankreatitlər
- Meigs Sindromu (xoş xassəli yumurtalıq şişləri)
- Travma

Aygün Musayeva