Qarında daimi köp vitamin defisitinə səbəb olur

  • 2024.04.30 16:03
  • 633 Baxış
Qarında daimi köp vitamin defisitinə  səbəb olur
Daimi meteorizm, köp təkcə həzm sistemində problemlərdən xəbər vermir.


“Medicina” xəbər verir ki, qastroenteroloq Olqa Pomoyneskaya qarında artıq qazların orqanizmi tükətdiyini bildirib.


“Bu o deməkdir ki, yedikləriniz tam sovrulmur, faydalı vitaminlər mənimsənilmir. Uzun müddət köplə yaşayan insanda ciddi vitamin-mineral defisiti olur.


Qazlar qida elementlərinin bağırsaq selikli qişası ilə təmasına imkan vermir.

Bu qidalar köp yaradır:

- Paxlalılar
- Sarımsaq
- Alma, şaftalı
- Şirniyyat
- Qozlar
- Qazlı içkilər
- Kələmlər


Hansı səbəbdən daimi köp olur?

- Disbakterioz
- Göbələk və bakterial artım
- Turşuluğun aşağı olması

- Dərman qəbulu
- Qidada çoxlu zülal olması
- Lif azlığı

- ŞƏkər əvəzediclər, fruktoza
- Ferment çatışmazlığı
- Öd və qaraciyər problemləri

- Qıcıqlanmış bağırsaq sindromu

Köp mütləq müalicə olunmalıdır”.


Aygün Musayeva