Qarında köp, allergiya, qıcolması olanlar – Bu 8 qidadan uzaq olun!

  • 2020.01.13 19:10
  • 80138 Baxış
Qarında köp, allergiya, qıcolması olanlar –  Bu 8 qidadan uzaq olun!
Alman qastroenteroloq, professor Tomas Frilinq bağırsaqları məhv edən 7 qidanı açıqlayıb.

Medicina.az xəbər verir ki, bu qidalardan yoğun bağırsağın xroniki iltihabı, selikli qişanın xoraları yarana, daha sonra isə bu problemlər xərçəngə çevrilə bilər.

Bu siyahıya duzlu şoraba, hisə verilmiş ət, qaxac, konserv ət məhsulları, kolbasa, sosis, şokolad, konfet, marmelad və marqarin yağı aiddir.

Həkim bildirir ki, qarında köpü olanlar, qıcolmadan və allergiyadan əziyyət çəkənlər ümumiyyətlə, bu qidaları unutmalıdırlar.

Professor vurğulayıb ki, bişmiş kartof püresi, kələm, kələm turşusu, balıq, banan, meyvə püreləri və təmiz su bağırsağı qoruyur.