Qarında köp bu xərçəngdən xəbər verə bilər

  • 2022.11.01 14:52
  • 2722 Baxış
Qarında köp bu xərçəngdən xəbər verə bilər


Tez-tez mədə qıcqırması və qarında köp mədəaltı vəzi problemindən ola bilər.

"Medicina" xəbər verir ki, onkoloq Vorobyev mədəaltı vəz xərçəngi olan pasiyentlərin məhz bu şikayətləri etdiyini deyib.

"Xəstələr diaqnozdan öncə həzm,mədə pozulması, qarında köp, sancı, ürəkbulanma hiss edirlər.

Simptomlar şişin vəzdə konkret hansı hissədə olamsından asılıdır: vəzin başında, yoxsa quyruğunda.
Əksər şişlər həzm şirəsi ifraz olunan hüceyrələrdə başlayır.

Ən geniş yayılmış növü adenokarsinomadır.

Sadaladığım simptomlar əhali arasında geniş yayılıb, əksər hallarda bu vəzin xərçəngindən deyil.
Amma əgər mədə müalicələri bu əlamətləri götürmürsə, deməli, mədəaltı vəz diqqətlə, MRT və KT ilə yoxlanlıdır".

Aygün Musayeva