Qarında piydən “fartuk” yaranmasının səbəbi

  • 2023.10.19 17:27
  • 1847 Baxış
Qarında piydən “fartuk” yaranmasının  səbəbi

45 yaşdan sonra qadınlarda böyüyən qarın və bel hormonal pozuntudandır.

“Medicina” xəbər verir ki, həkim Viktoriya Sadovskaya 50 yaşda menopauzanın aktiv mərhələdə olması, orqanizmdə əsas qadın hormonu olan estrogenin azalması, ciddi hormonal yenidənqurma metobolizmin zəifləməsi və bədənin enerji, yağ depolamasına səbəb olur.

“Estrogen piy hüceyrələrini tənzimləyən hormondur, o azaldıqca, qarında əriməyən sallaq “piy fartuku” yaranır və belin qalınlığı artır.

Eləcə də yaşlanma ilə bağlı fiziki aktivlik azalır, çoxu işdən ayrılır. Belə vərdişlər həm əhvalı pisləşdirir, həm çəkini artırır, həm bədən fiqurasını pozur.

Ən təhlükəli yağ isə daxili – visserial piydir. O piy qarında toplanır, hormonlar hasil edir, getdikcə diabet və infarkt riskini artırır.

Qarının və belin piylənməməsi üçün 50 yaşdan əzələ korpusunu möhkəmlədən məşqlər, fiziki aktivlik, gəzinti, kabrohidrat və şəkəri azaldıb, zülal qəbul etmək, bitki tərkibli estrogenlər içmək tövsiyə olunur. Eləcə də qaməti düzləşdirən xüsusi korset əzələləri məşq etdirir”.

Aygün Musayeva