Qarında və dişdə ağrı varsa, ürəyini yoxlat – Məşhur həkim

  • 2021.01.29 15:41
  • 2005 Baxış
Qarında  və dişdə ağrı varsa, ürəyini yoxlat  – Məşhur həkim

Qarında müntəzəm ağrı, dişlərin və barmaqların sızıldayıb ağrıması ürəkdə miokard infarktının birinci siqnalları ola bilər.

Medicina.az xəbər verir ki, bunu tanınmış rusiyalı həkim Aleksandr Myasnikov deyib.

İnfarktın gəlişini ürəkdən ağrı ilə gözləməyin. Elə əlamətlər var ki, həkimləri belə çaşdırır.

“Bu qəfil təngnəfəslik, tənəffüsdə çətinlik, gözlənilməz öskürək, bədəndə zəiflik ola bilər. Yol getdiyin yerdə təngnəfəslik olur və sən oturub nəfəsini dərirsən. Və ya oturduğun yerdə səni soyuq tər basa bilər. Bunlar hamısı stenokardiyanın, ürəkdə problemlərin olmasının əlaməti ola bilər.

Dibet kişi və qadınlarda infarkt məhz belə simptomlarla başlayır. Onlarda nə kürəkdə, nə ürəkdə ağrə da olmur. Nəticədə nə özü, nə ailəsi təcili yardım çağırmır, xəstə qəfildən ölür.

İstənilən halda yaşlı insan, diabeti olan xəstədə qəfil tərləmə və bədənə su gəlmə olarsa, mütləq kardiloji təcili yardım çağırılmalı, xəstəni təcili EKQ-dən keçirmək lazımdır.


Stomatoloqların da təcrübəsində çox rast gəlinib ki, bəzi insanlar diş ağrısı ilə gəlib, lakin onların dişlərində heç bir problem aşkarlanmayıb. O zaman stomatoloqlar ürək həkiminə getməyi tövsiyə ediblər.