Qarını böyüdən yarma və qerkulesdən imtina edin

  • 2026.08.01 09:08
  • 132 Baxış
Qarını böyüdən yarma və qerkulesdən imtina edin


Səhərlər dəbdə olan yulaf əzməsi, qerkules sıyıqlarının qarın piylərini artırdığı sübut edilib.


Medicina.az xəbər verir ki, endokrinoloq Zuxra Pavlova səhər yeməyi üçün düzgün yulaf ezmesi yeməyi tövsiyyə edib:


"Səhərlər böyrəküstü vəzilər və mədə-bağırsaq traktı çox aktivdir. Bu zaman insan mütləq yeməlidir".

Pavlova qeyd edib ki, bir çox insan səhər yeməyi üçün sıyıq yeməyə üstünlük verir. Mütəxəssis tam taxıl yulafından hazırlanmış yulaf ezmesini ən sağlam sıyıq seçimlərindən biri hesab edir. Bu sıyığa kişmiş, fındıq və quru ərik əlavə etmək faydalıdır.

Mütəxəssis qeyd edib ki, yulaf ezməsinin tərkibində beta-qlükan adlı xüsusi bir lif növü var.

Həzm zamanı beta-qlükan əriyir və xolesterol hissəciklərini bağlayan (sonra bədəndən xaric olan) bir kütlə əmələ gətirir. Beləliklə, yulaf yüksək xolesterolu azaltmağa kömək edir və qoz-fındıq və quru meyvələrin əlavə edilməsi əlavə vitamin və minerallar təmin edir.

Eyni zamanda, Dr. Pavlova qarın piylənməsinə səbəb ola biləcək dənli bitkilərdən çəkinməyi məsləhət gördü. Hətta tez hazırlanan yulaf əzməsi belə zərərli ola bilər, çünki emal zamanı lif praktik olaraq aradan qaldırılır. Nəticədə əldə edilən məhsul karbohidratlarla zəngindir, onlar tez həzm olunur, qan şəkərini artırır və yağ yığılmasını təşviq edir.


Ümumiyyətlə, ekspert belə qənaətə gəldi ki, sıyıq (hətta ən sağlam) gündəlik və ya böyük porsiyalarla yeyilməməlidir.

Pavlova isti havada sıyıq yeməyi məsləhət görmür:
"İstənilən sıyıq protein məhsulu ilə birləşdirilməlidir. Məsələn, bir porsiya yulaf əzməsi (ani deyil!) ən yaxşısı qaynadılmış yumurta ilə yeyilir".


Aygün Musayeva