Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarınlı kişilər bu xəstəliklərə daha çox tutulur - Araşdırma

  • 2024.02.29 22:05
  • 1959 Baxış
Qarınlı kişilər bu xəstəliklərə daha çox tutulur -  Araşdırma
Aparılan araşdırmalar qarında yığılan piyin orta yaşlı kişilərdə beyin yaşlanmasına və idrak qabiliyyətinin azalmasına səbəb ola biləcəyini göstərib.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, qarınlı kişilərin beyin damar xəstəliklərinə tutulmaq riskinin çox olduğu anlaşılıb.

Məlumata görə, bu baxımdan yekəqarın kişilər ən az ailəsində Alzheimer xəstəsi olanlar qədər risk altındadırlar.

Tədqiqatçıların fikrincə, mədəaltı vəzi və qaraciyərdə daha çox yağ yığılması demans riskinin artmasına səbəb olur. Maraqlısı odur ki, bu vəziyyət qadınlar üçün keçərli deyil.

Tədqiqatçılar ailəsində Alzheimer xəstəsi olan 204 sağlam, orta yaşlı insanı bir sıra müayinələrdən keçiriblər. Müvafiq olaraq, qarın piyi çox olan kişilər də eyni müayinələrdən keçiblər. Nəticədə qarınlıların koqnitiv funksiyalarının daha aşağı olduğu aşkarlanıb.

Əvvəlki araşdırmalar bədən kütləsi indeksi yüksək olan kişilərin demansiya riskinin artdığını göstərmişdi. Lakin bu yeni araşdırma problemin xüsusilə qarınlı, orta yaşdakı kişiləri hədəf aldığını üzə çıxarıb.

Qeyd edək ki, araşdırmanın nəticələri “Obesity” jurnalında dərc olunub.


Gül