Qarınlı kişilərdə bu hormon çatışmır

  • 2022.09.06 15:46
  • 4098 Baxış
Qarınlı kişilərdə bu hormon çatışmır

Kişilərdə böyük qarın heç də həmişə onların çox yeyib-içməsinə görə deyil.


"Medicina" xəbər verir ki, nəzərdə qaçılan, iqnor olunan məsələ testosteron hormonu defisitidir.

Belə ki, bu hormonun çatışmaması qarının piylənməsinə səbəb olur.

Bu defisit kişilərdə bir çox sağlıq problemləri yaradır: diabet, sonsuzluq, qaraciyər piylənməsi.

Testosteron defisiti ətraf mühitin dəyişməsi ilə əlaqədar son illər adi hala çevrilib.


Ətrafdan, havadan, məişətdən orqanizmə o qədər çox toksin, kimyəvi maddələr daxil olur ki, hormonal pozuntu baş verir.

Testosteron əsas kişi cinsi hormonudur, eritrositlər və spermin yaranmasına cavabdehdir.

Hazırda 100 kişidən 20-də bu hormon çatışmır.

"Aşağı testosteron varsa, mütləq qanda şəkər və xolesterin yüksək olacaq.

Qarnı böyüyən, artıq çəkisi olan kişilər dieta və idmana üz tutmadan öncə bu hormonu yoxlatsalar yaxşı olar"


Aygün Musayeva