Qarlı günlərdə 14 nəfər dəm qazından zəhərlənib

  • 2023.01.10 14:27
  • 969 Baxış
Qarlı günlərdə 14 nəfər dəm qazından zəhərlənib

Son iki gün ərzində dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 14 nəfər müraciət edib.

Bu barədə klinikanın mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyib.

"Medicina" xəbər verir ki, müraciət edənlərdən beşinin vəziyyəti ağır olduğundan stasionar müalicəyə qəbul ediliblər:

“Digər şəxslərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar. Onlar arasında iki nəfər azyaşlı da olub”.