Qarlı havada 54 nəfər yıxılıb - Klinik Tibbi Mərkəz

  • 2023.01.11 13:42
  • 1165 Baxış
Qarlı havada 54 nəfər yıxılıb  - Klinik Tibbi Mərkəz

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbi ilə Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edənlərin sayı artsa da, avtoqəzalar nəticəsində xəsarət alanların sayı kifayət qədər azalıb.

Medicina.az xəbər verir ki, son 3 gündə yıxılaraq travma alan 54 nəfər Mərkəzə gətirilib. Xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib, digər şəxslərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Bu dövr ərazində avtomobil qəzaları nəticəsində xəsarət alaraq Mərkəzə müraciət edənlərin sayında isə kəskin azalma müşahidə olunub. Avtomobil qəzası nəticəsində yaralanan 9 nəfər Mərkəzin Təcili yardım şöbəsinə gətirilib. Bu da əvvəlki günlərlə müqayisədə dəfələrlə aşağı göstəricidir. Həkimlər bunu qarlı hava şəraitində şəxsi avtomobillərdən az istifadə edilməsi ilə əlaqələndirir.

Qarlı hava şəraitini nəzərə alaraq sürücüləri və piyadaları daha diqqətli olmağa çağırırıq. Unutmayaq ki, baş verə biləcək hadisədən heç kim sığortalanmayıb.

Aygün Musayeva