Qubada yol-nəqliyyat hadisəsi baş verib.
Medicina.az xəbər verir ki, “KIA” markalı minik avtomobili hərəkətdə olarkən qarlı hava şəraiti səbəbindən sürüşərək idarəetmədən çıxıb və qayadan aşıb.
Hadisə zamanı bir ailənin 3 üzvü - sürücü, onun həyat yoldaşı və azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.