Qarnınız nə qədər böyükdürsə, beyniniz o qədər kiçikdir - Araşdırma

  • 2019.01.11 09:57
  • 9479 Baxış
Qarnınız nə qədər böyükdürsə, beyniniz o qədər kiçikdir -  Araşdırma

 

Böyük Britaniyalı neyroloqlar insanın çəkisi ilə onun beynində yerləşən boz maddənin ölçüsü arasında əlaqə olduğunu müəyyən ediblər. 


 

Mövzu üzərinə araşdırma aparan alimlər artıq çəkili insanların beyinlərinin həcminin zaman keçdikcə kiçildiyini üzə çıxarıblar.

  

Medicina.az xəbər verir ki, onların təqdim etdikləri hesabata görə, çəkinin artması ilə əlaqədar olaraq beyinin bir neçə şöbəsində kiçilmə müşahidə edilir.

 

Bunun nəticəsində də sinir hüceyrələri olan neyronların və qlial hüceyrələrin sayının azalması demensiyaya səbəb ola bilər.

 


Demensiya ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur. 


Alimlərin fikrincə, beyin ilə orqanizmdə olan piy kütlələri arasındakı asılılıq qan-damar sistemi vasitəsilə yaranır. 

 

Arzu 

Medicina.az